Modern.az

Azərbaycanlılar BMT-nin baş qərargahı önündə aksiya keçirdi

Azərbaycanlılar BMT-nin baş qərargahı önündə aksiya keçirdi

26 Sentyabr 2021, 13:38

Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə Anım Gününə həsr olunmuş aksiya keçirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, 27 sentyabr-Anım Gününə həsr edilən aksiya Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyada Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton, Meyn və Texas ştatlarında yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb.

 

Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar.

 

 
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub