Modern.az

Almaniya seçkilərində “exit-poll” nəticələri açıqlandı

Almaniya seçkilərində “exit-poll” nəticələri açıqlandı

Aktual

26 Sentyabr 2021, 20:38

Almaniyada bu gün keçirilən parlament seçkilərindən sonra “exit-poll” nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu nəticələrə görə ölkənin hakim siyasi qüvvəsi olan Xristian Demokratlar İttifaqı (CDU/CSU) və müxalifətdə olan Sosial Demokratlar Partiyası (SPD) təxminən eyni – 25% səs toplayıb.

 

Müşahidəçilər deyir ki, bu, CDU/CSU blokunun İkinci Dünya müharibəsindən sonra göstərdiyi ən zəif nəticədir. Annalena Berbokun rəhbərlik etdiyi “İttifaq 90/Yaşıllar” partiyası 14,5% səslə üçüncüdür. “Solçular”ın 5%-lik seçki baryerini aşdığı bildirilir.

 

Azad Demokrat Partiyası 12 faiz və millətçi “Almaniya üçün Alternativ” partiyası isə 10 faiz səs toplayıb.

 

“Exit-poll” nəticələri heç bir siyasi qüvvənin təkbaşına hökumət qura bilməyəcəyini göstərir. Hökumətin qurulması üçün koalisiya danışıqları həyata keçiriləcək ki, bu da bir neçə ay davam edəcək. Bu müddət ərzində Angela Merkel Almaniyanın kansleri vəzifəsini icra etməyə davam edəcək.

 

“Exit-poll” vətəndaşların seçki günü verdikləri səslərin təkrar sayılması deməkdir. “Exit-poll” səslərin sayının yoxlanılmasının bir yoludur. Bu, əsasən seçki məntəqəsindən bir qədər aralıda qoyulan seçki qutularına təkrar səs verilməsi yolu ilə aparılır. Yəni seçki günü sorğu aparan əməkdaşlar təsadüfi üsulla seçdikləri seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri haqqında sual verməklə və seçicilərin qısa anketi cavablandırmaqla həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır