Modern.az

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov uduzdu

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov uduzdu

27 Sentyabr 2021, 00:25

 

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

 

Modern.az-ın məlumatına görə, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

 

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.

 

Çempionlar Turu

Final mərhələsi

II tur

 

Aniş Giri (Niderland) - Yan-Kşiştof Duda (Polşa) - 1,5:2,5

Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 3,5:2,5

Vladislav Artemyev (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1,5:2,5

Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ) - 2,5:0,5

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Maqnus Karlsen (Norveç) - 3:4

 

Xal durumu: Maqnus Karlsen - 19,5 xal, Uesli So - 15,5 xal, Levon Aronyan - 9 xal, Aniş Giri - 7,5 xal, Teymur Rəcəbov - 7 xal, Vladislav Artemyev - 5,5 xal, Hikaru Nakamura - 5 xal, Maksim Vaşye-Laqrav - 4,5 xal, Şəhriyar Məmmədyarov - 0,5 xal, Yan-Kşiştof Duda - 0.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?