Modern.az

Haaqada Anım Günü ilə əlaqədar “səssiz” yürüş təşkil edilib

Haaqada Anım Günü ilə əlaqədar “səssiz” yürüş təşkil edilib

Diaspor

27 Sentyabr 2021, 12:47

Haaqa şəhərində Vətən müharibəsinin ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş “səssiz” yürüş və aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, aksiya Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları –  Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti və “Ana Vətən ” Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yürüş Haaqadakı Sülh Sarayından (Vredes Paleis) başlayıb və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında başa çatıb. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutan soydaşlarımız qəhrəman şəhidlərimizin fotolarını, “27 sentyabr – Azərbaycanda Anım Günüdür!”, “Qarabağ Azərbaycandır!”, “Biz heç vaxt unutmayacağıq!” və digər şüarları nümayiş etdiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər