Arxiv
27 Sentyabr 2021, 14:53 | TƏHSİL
İranda dini təhsil almaq məqsədəuyğun deyil! - Dini Komitənin sədr müavini

“"Dini etiqad azadlığı haqqında" qanuna əsasən, xaricdə dini təhsil alan şəxsin din xadimi təyin olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Amma Azərbaycanda dini təhsil almış şəxs üçün belə bir tələb yoxdur.

Qanunvericiliyin bu tələbi dövlətin xaricdə dini təhsil almağa münasibətini göstərir. Başqa sözlə, istər İran, istər başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur”.


Bunu Modern.az-a açıqlamasında İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda azərbaycanlı gənclərin İranda təhsil almasına qadağa qoyulması ilə bağlı çağırışlara münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.


“Bəzən deyirlər ki, niyə xaricdə məsələn, riyaziyyat, mühəndislik, tibbi təhsili alanlar gəlib rahat işləyə bilər, amma dini təhsil alanlara məhdudiyyət var? Çünki riyaziyyat, tibb, mühəndislik ideoloji sahə deyil, elmdir. Amma din tək elm deyil, həm də ideologiyadır.

Dini təhsil hər bir dövlət üçün ciddi və həssas məsələdir. Çünki bu sahə dövlətin və cəmiyyətin ideoloji, ictimai və milli təhlükəsizliyi ilə bağlıdır. Bu reallıq nəzərə alınaraq, mövcud qanunvericilik bazasına vaxtı ilə dini təhsillə bağlı müddəa salınıb.

Başqa sözlə, istər İran, istər başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur.

Ölkə daxilində dini təhsilin nə qədər önəmli olduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu institutda nəinki təhsil pulsuzdur, hətta tələbələr yemək, paltar, yataqxana və təqaüdlə təmin olunur. Bu gün qarşıya qoyulmuş məqsəd ölkədə dini təhsilin səviyyəsini ilbəil qaldırmaq, yüksək ixtisaslı kadrlar hazırlamaqdır.

Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq qurumlarla, o cümlədən dini konfessiyalarla, xüsusilə Qafqaz Müsəlmanlar İdarəsi ilə yaxından əməkdaşlıq edir, birgə çalısır.

Biz ölkədə dini təhsili elə səviyyəyə qaldırmaq istəyirik ki, gənclərimiz istər maddi, istər mənəvi, istərsə də təhsilin keyfiyyətinə görə xaricdə dini təhsil almaqda maraqlı olmasınlar.

Bir sözlə, dini təhsil sahəsində hüquqi məhdudiyyətlərlə yanaşı, ölkədə dini təhsilin keyfiyyətinin yaxşılaşdırılması ən doğru seçilmiş yoldur”.


Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55 Rövşən Rzayev xarici jurnalistlə görüşdü 25 Oktyabr 2021, 16:50 Azad edilmiş ərazilərdə daha 47 mina AŞKARLANDI 25 Oktyabr 2021, 16:46 Sahibə Qafarova Ana Cumaliyeva ilə görüşüb 25 Oktyabr 2021, 16:40 Son sutkada peyvənd OLUNANLAR 25 Oktyabr 2021, 16:35 Yoluxma AZALDI - 21 nəfər öldü 25 Oktyabr 2021, 16:30