Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna xeyli layihə təqdim olunub

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna xeyli layihə təqdim olunub

16 Fevral 2010, 16:11

Prezident yaninda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları, KİV-lər və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqə sona yaxınlaşır. Fondun yanvarın 19-da elan etdiyi müsabiqə martın 1-də başa catacaq. Fondun icraçı direktoru Vüqar Səfərli Modern.az-a bildirib ki, artıq quruma xeyli layihə təqdim edilib.

V.Səfərli deyib ki, ötən dəfə olduğu kimi, yenə də müsabiqənin son günlərində daha çox layihə qəbulu gözlənilir: “Bu günə kimi 10-a yaxın layihə təqdim olunub. Layihələr əsasən jurnalist təşkilatlar tərəfindən verilib. Yəqin ki, qalan 2 həftə ərzində təqdim olunan layihələrin sayı artacaq”.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir