Modern.az

Minsk qrupu üçün sonuncu şans - Azərbaycan razılıq verdi

Minsk qrupu üçün sonuncu şans - Azərbaycan razılıq verdi

Qarabağ

28 Sentyabr 2021, 14:25

ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Nyu-Yorkda həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə bu barədə razılıq əldə olunduğunu əlavə edib.

 

“Həmsədrlər Nyu-Yorkda Bakı və Yerevan ilə regiona işçi səfərlərin bərpası barədə razılıq əldə ediblər. Ötən il Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmanın əsas nəticəsi stabillikdir”, -deyə nazir söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub