"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kiryat-Yam şəhərində 27 sentyabr - Anım Gününə həsr olunmuş musiqili aksiya keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı meydan guşəsində “Azİz”in fəal üzvü Salman Rabaev kamançada ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunan musiqi əsərlərini ifa edib. Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb.