Modern.az

Nazarbayev: “Azərbaycanın Zəfəri Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır”

Nazarbayev: “Azərbaycanın Zəfəri Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır”

29 Sentyabr 2021, 18:43

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində sentyabrın 29-da paytaxt Nursultan şəhərində Qazaxıstan Respublikasının birinci Prezidenti Elbası - Nursultan Nazarbayev ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini bildirib. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin bütün bölgə üçün, türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bir daha təbriklərini çatdırıb. O, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevlə bağlı xoş xatirələrini yada salıb. Nursultan Nazarbayev son 30 ildə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərini, iqtisadi tərəqqini, dövlət quruculuğunun müxtəlif sahələrində uğurla həyata keçirilən islahatları yüksək dəyərləndirib.

 

Nursultan Nazarbayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət, bölgədə sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlar, yeni reallıqlar şəraitində nəqliyyat dəhlizlərinin açılması beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunu çox gücləndirib.

 

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Elbası Nursultan Nazarbayevə çatdıran Milli Məclisin sədri qazax xalqının yetirdiyi bu böyük şəxsiyyətlə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev arasındakı dostluqdan söz açıb. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın möhkəmlənməsində bu iki böyük şəxsiyyətin danılmaz xidmətləri olduğunu vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir