Modern.az

Nail Həsənov Şahbazla qardaşı Həsənin Şəhid olduğu Kəlbəcərə GEDƏCƏK

Nail Həsənov Şahbazla qardaşı Həsənin Şəhid olduğu Kəlbəcərə GEDƏCƏK

Qarabağ

30 Sentyabr 2021, 09:00

Qarabağ işğalda olarkən, dədə-baba yurdunu ziyarətə gedərək, orada erməni cəlladları tərəfindən öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov Kəlbəcərə-qardaşının şəhid olduğu yerə gedəcək.

 

Bu barədə Modern.az-a N.Həsənov özü məlumat verib.

 

N.Həsənov bir müddət əvvəl işğaldan azad edilən Cəbrayılı, yurd yerini ziyarət etdiyini qeyd edib:

 

“Uçulub-dağılmış olsa da, daşı daş üstdə qalmasa da Cəbrayılı yenidən görmək, havasını udmaq özü bir xoşbəxtlikdir. Şükür bu günlərə. Kaş bu günü görmək Həsənə də qismət olardı deyirəm öz-özümə. Sonra da deyirəm qardaşım o yerləri məndən əvvəl, erməni tapdağında olanda da gedib görüb. Taleyin qisməti, nə etmək olar”.

 

Şəhidin qardaşı tezliklə Kəlbəcərə getmək arzusunu dilə gətirib:

 

“Amma indi Kəlbəcərə, Həsənin ayaqları dəyən, qanı tökülən topağa getmək istəyirəm. Yəqin ki, bu arzumu həmin vaxt qardaşımın yanında olan Şahbaz Quliyevlə birgə reallaşdıracağam. Təbii ki, rəsmi icazə alındıqdan sonra”.

 

Qeyd edək ki, 1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra  Həsənin nəşi 2-14-cü il oktyabrın 2-də qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum Binəqədi qəbiristanlığında dəfn edilib.

D.Əsgərov və Ş.Quliyevə isə Qarabağda "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra məğlubiyyətə uğrayan Ermənistan Dilqəmlə Şahbazı Azərbaycana qaytarmağa məcbur olub.  Ötən il dekabrın 14-də Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə İrəvandan Bakıya gətirilməsi təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir