Modern.az

ATƏT sədri İrəvanda “səmimi söhbət” aparıb

ATƏT sədri İrəvanda “səmimi söhbət” aparıb

16 Fevral 2010, 17:10

 

Bu gün Ermənistanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan hazırkı sədri,  Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki,  təkbətək  görüşdən sonra keçirilən mətbuat konfransında  ATƏT sədri Ermənistan tərəfi ilə “səmimi söhbət” apardığını deyib.  “Dağlıq Qarabağ münaqişəşinin həlli prosesə cəlb olunmuş tərəflərin öz əlindədir. Qalanlar isə sadəcə prosesə kömək edə bilərlər.  Biz danışıqlar prosesinə təkan vermək niyyətindəyik və nizamlama  prosesinin inkişaf dinamikasına ehtiyatlı nikbinliklə yanaşırıq”, - deyə K.Saudabayev bildirib. K.Saudabayev bəyan edib ki, Qazaxıstanın ATƏT-ə sədrliyində əsas hədəfi uzunsürən münaqişələrin həllina nail olmaqdır. Onun sözlərinə görə, Qazaxıstan ATƏT sədri kimi Qarabağ münaqişə zonasında gərginliyin azaldılması üçün bütün təklifləri dəstəkləməyə hazırdır.

Öz növbəsində Edvard Nalbandyan qeyd edib ki, İrəvan Qarabağ münaqişəşinin ATƏT çərçivəsində həlli ilə bağlı Qazaxıstanın mövqeyini dəstəkləyir.    Nalbandyan nizamlama prosesinin gedişi  barədə ATƏT rəhbərinə məlumat verdiyini deyib. Nalbandyan əlavə edib ki,  Ermənistan və Azərbaycan Soçidə əldə olunmuş razılaşmalara dair öz təkliflərini hazırlamaqda davam edirlər.

Ermənistan XİN başçısı Madrid prinsiplərinin yenilənmiş variantına dair  rəsmi Bakının mövqeyinə toxunub.  Nalbandyan prinsiplərin Bakı üçün məqbul olmasına dair Azərbaycanın səmimiliyinə şübhə etdiyini bildirib. “Azərbaycan öz təklif və rəylərini təqdim etdikdən sonra müzakirələr davam etdiriləcək”,- deyə E.Nalbandyan bildirib.Onun sözlərinə görə, uzun müddət Bakı ümumiyyətlə bu prinsipləri qəbul etmirdi və onların mövcudluğunu inkar edirdi. “İndi tərəflərdən hər biri ATƏT-in Minsk Qrupunun təkliflərinə öz rəylərini təqdim edir. Azərbaycan nə zaman öz təkliflərini təqdim edərsə, onda biz baxarıq”, - deyə Ermənistan XİN başçısı qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir