Modern.az

Sahibə Qafarova İran səfərində qaldırdığı məsələləri AÇIQLADI

Sahibə Qafarova İran səfərində qaldırdığı məsələləri AÇIQLADI

Parlament

30 Sentyabr 2021, 11:26

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən ilk plenar iclasında İrana səfəri barədə danışıb.

Modern.az xəbər verir ki, Sahibə Qafarova səfəri zamanı Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini qeyd etdiyini bildirib:

"Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin 26 fevralında Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq:

“Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir