Modern.az

“Biz bu dərmanları ala bilmirik” - Deputatdan ETİRAZ

“Biz bu dərmanları ala bilmirik” - Deputatdan ETİRAZ

Parlament

30 Sentyabr 2021, 11:50

Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən iclasında xanım Sədr Sahibə Qafarovanın Qazaxıstana səfərindən danışıb və bu səfəri yüksək qiymətləndirdiyini qeyd edib.

 

Modern.az xəbər verir ki, həmçinin deputat İşlər planı ilə tanış olduğunu və çox vacib məsələlərin olduğunu bildirib:

 

"Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsinə də bu sessiyada baxılacaq. Hesab edirəm ki, bu da çox vacib məsələdir".

 

Musa Quliyev ölkədəki fərman problemlərinə də toxunub:

 

"Dərman vasitələri haqqında" qanuna dəyişikliklər edilməsini təklif edirəm. Pandemiya da göstərir ki, bizim qanunvericilikdə dərmanların qeydiyyatı qəlizdir və sərtdir. Bu yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradır".

 

O qeyd edib ki, buna görə də dünyanın aparıcı dərman şirkətləri Azərbaycana dərman satışını bağladılar:

 

"Ona görə də biz bu dərmanları ala bilmirik. Bundan əlavə biz dərmanların qeydiyyat sistemində dəyişiklik etməliyik. İstehsalçı şirkətlər əhalisi az olan ölkələrdə buna maraqlı deyillər. Qeydiyyatda tanınma rejiminə keçsək,  bu yaxşı olar. Türkiyədə qeydiyyatda keçən dərmanlarə niyə avtomatik qeydə almayaq və eyni qiymətə satmayaq. Müharibə dövründə gördük ki, elə dərman vasitələri var ki ona hər gün ehtiyac var".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir