Modern.az

Prezidentdən Eldar Sultanovla bağlı SƏRƏNCAM  

Prezidentdən Eldar Sultanovla bağlı SƏRƏNCAM  

Aktual

30 Sentyabr 2021, 15:48

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” Sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamın şamil olundu 4 nəfərdən 1-i Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanovdur. Ona III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

 

Qeyd edək ki, Eldar Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

 

E.Sultanov 2008-ci ildən 2020-ci ilədək Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edib. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub