Deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında valideyn himayəsindən məhrum edilmə məsələsindən danışıb.
Modern.az-ın məlumatına görə, deputat valideyn himayəsindən məhrum olan uşaqların sayının on minlərlə olduğunu söyləyib:
"Onların taleyinə biganə yanaşmağı qəbul etmirəm. Onların sayının azaldılması istiqamətində ciddi işlər görülməlidir. Bu gün o uşaqlar salfeti uzadıb xahişlə, minnətlə pul istəyirlərsə, böyüyəndən sonra bunu artıq başqa cür istəyəcəklər”.
Ə. Məsimli şəhid olanların çoxunun ailəsinin də aztəminatlı olduğunu qeyd edib. O təklif edib ki, Anım Günündən Zəfər gününə qədər olan müddətdə aztəminatlı ailələrin şəhid övladlarının da adına bulaqlar açılsın, onların xatirəsi əbədiləşdirilsin".