Modern.az

Yoluxanların sayı azaldı: 12 nəfər öldü

Yoluxanların sayı azaldı: 12 nəfər öldü

30 Sentyabr 2021, 18:22

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1778 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 483902 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 458922 nəfər müalicə olunaraq sağalıb, 6525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9484, hazırkı dövrədək isə 4859015 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?