Modern.az

Səyyad Əlizadə ata yurdunda dəfn olunacaq

Səyyad Əlizadə ata yurdunda dəfn olunacaq

Aktual

30 Sentyabr 2021, 23:20

Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadə ata-baba yurdu Füzulidə dəfn olunacaq.

 

Bu barədə Modern.az-a onun kürəkəni Razim Qarayev məlumat verib.

 

R. Qarayev qayınatasının ölümü ilə bağlı göz yaşlarına hakim ola bilməyib:

 

"Onun da qisməti bura qədər imiş. Bu vaxta qədər maraqlanan, dəstək olan, çətin günümüzdə yanımızda olan hər kəsə təşəkkür edirəm. Hadisə yeni olub, böyüklərimiz məsləhətləşsin. Dəfn yəqin ki, sabah Füzulidə olacaq".

 

Qeyd edək ki, "Bəyaz gecələr" mahnısı ilə populyarlıq qazanan Səyyad Əlizadə 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir