Modern.az

Bakı merindən Zəfər Günü ilə bağlı TAPŞIRIQ

Bakı merindən Zəfər Günü ilə bağlı TAPŞIRIQ

1 Oktyabr 2021, 10:01

“Azərbaycan tarixinin son 200 ili ərzində xalqımız öz əzəli düşməni üzərində ilk böyük qələbəsini qazanıb. Düşmən həmin düşməndir, xalq da həmin xalqdır”.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə videomüşavirədə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əziziov bildirib ki, qazanılan bu qələbəmizin kökündə şəxsiyyət faktoru – Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət faktoru durur. Qazanılan bu Şanlı Qələbə ölkə başçısının dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub.

Müşavirədə həmçinin qarşıdan gələn Zəfər Gününə hazırlıq məsələləri müzakirə edilib. İcra Başçısı həmin gün ərəfəsində nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı