Modern.az

Ailə münaqişəsinin qurbanı olanlar - Bir ildə 43 qadın ÖLDÜRÜLÜB

Ailə münaqişəsinin qurbanı olanlar - Bir ildə 43 qadın ÖLDÜRÜLÜB

1 Oktyabr 2021, 12:48

Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis bölməsində güllələyib öldürməsi Azərbaycan cəmiyyətində şok effekti yaratdı.

 

Dünən baş verən bu hadisə ailə münaqişəsinin nəticəsi idi. Xanım Məmmədova Polis bölməsinə ərindən şikayət etməyə gəlibmiş. Yayılan məlumatlara görə, ər-arvad uzun müddətdir yola getmirlərmiş və polis işçisi olan İsmayıl Məmmədov həyat yoldaşını tez-tez döyürmüş.

 

Son illər Azərbaycanda məişət zorakılığı (ailə münaqişəsi) nəticəsində baş vermiş cinayətlərin statistikasında artım müşahidə olunmaqdadır.

 

Təkcə ötən il 1260 belə cinayət hadisəsi qeydə alınıb. Bu barədə Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

 

Rəsmi statistikaya görə, 2020-ci ildə ailə münaqişəsi nəticəsində törədilmiş cinayətlər aşağıdakı kimi qruplaşdırılıb:

 

qəsdən adam öldürmə - 54
adam öldürməyə cəhd - 21
özünü öldürmə həddinə çatdırma - 1
qəsdən sağlamlığa ağır zərər vurma - 44
qəsdən sağlamlığa az ağır zərər vurma - 119
qəsdən sağlamlığa yüngül zərər vurma - 989
əzab vermə - 6
öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə - 6
digər cinayətlər- 20



Ötən il ailə münaqişəsi nəticəsində baş vermiş cinayətlərin 1136-sı silahla (onlardan 56-sı odlu silah, 3-ü  yivli silah) törədilib.



Ailə münaqişəsilə bağlı cinayətlərdə zərərçəkmiş şəxslərin sayına gəldikdə bu, 1300 nəfər olub.



Onlardan  987-si (2-si hamilə) qadın, 8-i 18 yaşadək uşaqlardı.



Keçən il ailə münqaişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub.



Ailə münaqişəsi nəticəsində qurbanlardan 1 qadın özünü öldürmə həddinə çatdırılıb.



793 qadın və 5 uşaq isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətilə üzləşib.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər