Modern.az

Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib? – Detallar AÇIQLANDI

Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib? – Detallar AÇIQLANDI

1 Oktyabr 2021, 13:30

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, məsələni Minsk qrupu çərçivəsində həll etməyə hazır olduqlarını açıqlayıb.

“Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etməyə hazırdı”, - deyə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

 

O bu açıqlamanı çexiyalı həmkarı Yakub Kulxaneklə birgə mətbuat konfransında söyləyib. Mirzoyan Ceyhun Bayramovla və həmsədrlərlə Nyu-Yorkda BMT sessiyası çərçivəsində baş tutan görüşü barədə də danışıb.

“Nyu-York görüşlərində Ermənistan Minsk qrupu çərçivəsində Qarabağ danışıqlarını məlum prinsip və elementlər əsasında bərpa etməyə hazır olduğunu bildirib”.

 

Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş baş tutmuşdu.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?