Modern.az

Zelenski Saakaşvilinin saxlanılmasından narahatdır

Zelenski Saakaşvilinin saxlanılmasından narahatdır

Dünya

1 Oktyabr 2021, 23:10

“Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirik”.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.

 

O bildirib ki, Prezident Vladimir Zelenski Saakaşvilinin saxlanılmasından narahatdır

 

“Ukrayna vətəndaşı ilə bağlı bu addımın bütün səbəblərinin izahı üçün Gürcüstan tərəfinə müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat almayıb”, - deyə mətbuat katibi qeyd edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir