Modern.az

Milli Məclisdə yaşayış minimumu mübahisə doğurdu

Milli Məclisdə yaşayış minimumu mübahisə doğurdu

15 Noyabr 2012, 15:35

2013-cü il üçün yaşayış minimumunun 116 manat olması nəzərdə tutulub

2013-cü il üçün ölkədə yaşayış minimumunun 116 manat olması nəzərdə tutulub. Bu barədə Milli Məclisin axşam iclasında İqtisadi siyasət komitəsinin sədri  Ziyad Səmədzadə “2013-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsindən danışarkən deyib. O bildirib ki, sənəddə işləyən əhali üçün 125 manat, pensiyaçılar isə 91 manat nəzərdə tutulub.

Müzakirələrlə çıxış edən deputat Əli Məsimli isə yaşayış minimumunun bu qiymətlərlə formalaşmasına etiraz edib:
“116 manat aylıq yaşayış minimumu real deyil. Buna yenidən baxmaq lazımdır. 1 manat səhər, 2 manat günorta, 3 manat da axşam yeməyinə sərf olunsa, ayda 120 manat pul edir. Bəs bu məbləğ yaşayış minimumu kimi necə bölüşdürülə bilər, bu məbləğin heç bir elmi əsası yoxdur. Ünvanlı sosial yardımın miqdarını müəyyənləşdirərkən də yaşayış minimumundan istifadə etmək lazımdır”.

Millət vəkili yaşayış minimumunun yüksəldilməsi üçün işlər görməyə çagırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi