Modern.az

Hərbi çağırışçının atasından rüşvət alarkən YAXALANDI

Hərbi çağırışçının atasından rüşvət alarkən YAXALANDI

Hadisə

2 Oktyabr 2021, 13:34

Hacıqabul hərbi komissarlığının əməkdaşı rüşvət alarkən yaxalanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanmışdır.

 

Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir