Modern.az

Prezident bələdiyyələrlə bağlı sərəncam imzaladı

Prezident bələdiyyələrlə bağlı sərəncam imzaladı

15 Noyabr 2012, 15:52

Prezident İlham Əliyev  “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş dəyişikliklərlə bağlı sərəncam imzalayıb.

Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən ölkə başçısı Nazirlər Kabinetinə tapşırıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Həmçinin sərəncamda bildirilib ki, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayaraq unun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?