Modern.az

Cənnət adası cəhənnəmə döndü: 200 ev kül oldu

Cənnət adası cəhənnəmə döndü: 200 ev kül oldu

Dünya

3 Oktyabr 2021, 08:59

Bütün dünyada tətil və cənnət adası kimi tanınan Quayana adası cəhənnəmə dönüb.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, Hondurasın Quanaja adasında baş verən yanğında 200-dən çox ev və müəssisə külə dönüb. Yüzlərlə insanın təxliyə edildiyi bildirilir.

 

Yanğın çıxan ərazi ölkənin əsas quru hissəsindən 70 kilometr uzaqlıqdadır. Adada yanğınsöndürənlərin olmadığı, yanğına ilk müdaxilənin elə sadə vətəndaşlardan gəldiyi vurğulanır. 

 

Sadə vətəndaşların əməyi də boşa çıxıb. Yanğın daha da böyüyüb. Hondurasın Hava Qüvvələrinə məxsus helikopterlərlə su daşımaq qərarı verilib. Bu da faydasız olub.

 

Ölkənin aidiyyatı orqanları insan itkisinin olmadığını bildiriblər. Buna baxmayaraq adaya milyardlarla dollar ziyan dəydiyi vurğulanır. 

Turan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat