Modern.az

Azərbaycanda yeni medal təsis olunacaq

Azərbaycanda yeni medal təsis olunacaq

Aktual

15 Noyabr 2012, 18:06

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar fərman imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkə başçısı tərəfindən Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Qeyd edək ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”yubiley medalı haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər yeni medalla təltif edilirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi