Modern.az

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən rəssam yanaraq ÖLDÜ

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən rəssam yanaraq ÖLDÜ

Hadisə

4 Oktyabr 2021, 07:46

Məhəmməd peyğəmbərə çəkilmiş karikaturların müəllifi isveçli Lars Vilks yol qəzasında ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İsveçin SVT televiziya kanalı xəbər verib.

 

Məlumata əsasən, Lars Vilks və onun iki mühafizəçisi yük maşınının onların avtomobili ilə toqquşması nəticəsində qəzaya düşüb. Hadisə nəticəsində hər iki avtomobil yanıb, yük maşınının sürücüsü ağır yaralanıb.

 Lars Vilks və onun iki mühafizəçisi də yanaraq, ölüblər.

Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib.

Xatırladaq ki, 2007 -ci ildə İsveçin “Nerikes Allehanda” qəzeti Lars Vilksin Hz. Məhəmməd peyğəmbəri təhqir edən karikaturalarını dərc etmiş və karikaturalar İslam dünyasında böyük mənfi reaksiyaya səbəb olmuşdu. Vilksə bir çox proqramlarda etiraz edilmiş və o, yumurta atəşinə tutulmuşdu.

Lars Vilks o vaxtdan gizli ünvanda yaşayır və polis gözətçiləri ilə birlikdə hərəkət edirdi. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?