Modern.az

Deputat bölgələrdəki bankomat problemindən şikayət etdi

Deputat bölgələrdəki bankomat problemindən şikayət etdi

Aktual

15 Noyabr 2012, 17:37

 “Bölgələrdə insanlar bankomat problemindən ciddi əziyyət çəkir, təcili olaraq saylarının artmasına ehtiyac var” Bu fikirləri noyabrın 15-də Parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2013-cu ilə büdcəsi ilə bağlı müzakirələrdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva səsləndirib.  Deputat bir sıra bölgələrdə olduğu kimi millət vəkili olduğu Tovuz rayonunda da bankomatlarla bağlı ciddi problemlərin olduğunu və insanların əziyyət çəkdiyini deyib. İclasda iştirak edən Dövlət Sosial Müdafiə fondunun sədri  Səlim Müslümova  müraciət  edən Q.Paşayeva  bankomatlarla bağlı tenderlərə daha çox bankların cəlb olunması ilə bərabər səyyar bankomatlar məsələsini də qaldırıb. 

O bildirib ki, problemin təcili həlli istiqamətində indiki halda ən optimal yol səyyar bankomatların olmasıdır.  "Ən azı səyyar bankomatlar fəaliyyət göstərməli və insanlara mobil telefonlar vasitəsilə məlumat verilməlidir ki, onlar əmək haqlarının və pensiyalarının dəqiq nə vaxt olacağını əvvəldən bilsinlər. Yəni havayı yerə yol qət etməli, vaxtlarını boşuna sərf etməli olmasınlar". Millət vəkili digər problemə də toxunub. Pensiyaçılar neçə kilometrlərlə yolu rayon və ya bölgə mərkəzinə gəlir  və bəzən məlum olur ki, pul hələ oturmayıb: “Fondun bir layihəsi vardı. Evində  mobil telefon olan pensiyaçılara pensiyaları kartda oturan zaman məlumat göndərmək.  Səlim müəllim, o layihənin sürətlənməsi yaxşı olardı.” 

Millət vəkili təmsil etdiyi Tovuz rayonunun Ermənistanla ön cəbhədə yerləşən kəndlərində bankomat problemin həlli istiqamətində aidiyyatı qurumları və bankları təcili addım atmağa da çağırıb. Ən azı bu kəndlərin bir neçəsini birləşdirən bir yerdə bir bankomat qoyulsun ki, minlərlə insan onlarla kilometr uzaq yolu mərkəzə gəlməsinlər. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov millət vəkili Qənirə Paşayevanın qaldırdığı məsələlərin həlli istiqamətində əllərindən gələn dəstəyi göstərəcəklərini deyib və Tovuzun Ermənistanla ön cəbhə kəndlərinin bankomat problemin həlli istiqamətində bu işi həyata keçirən banklarla danışacağını və həllinə çalışacağını da deyib.   

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır