Modern.az

Obama Türkiyəyə xəbərdarlıq etdi

Obama Türkiyəyə xəbərdarlıq etdi

16 Noyabr 2012, 10:09

Amerika Birləşmiş Ştatları Türkiyə və Misir hökumətinə xəbərdarlıq edib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Vaşinqton son günlər Orta Asiyada davam edən gərginliyin  aradan qaldırılması üçün Türkiyə və Misirə müraciət ünvanlayıb.

İsrailin Qəzzaya başlatdığı hücumlara Türkiyə və dünyanın bir sıra ölkələrindən sərt reaksiyalar gələrkən, Ağ ev  müraciətində bölgədəki təzyiqin aradan qaldırılması üçün hər iki ölkənin Həmasa təzyiq etməsinin lazım olduğunu xəbərdar edib.

Qeyd edək ki,  İsrailin dünən başlatdığı hərbi əməliyyatlara görə, Türkiyə Təl-Əvivə iradını bildirib. Məlum olayla əlaqədar Misir hökuməti isə səfirini geri çağırıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır