Modern.az

İlham Əliyev Serjiki yerində OTURTDU

İlham Əliyev Serjiki yerində OTURTDU

Parlament

5 Oktyabr 2021, 11:43

Deputat: “Hansısa erməni çaşıb bizə dil uzatmasın, sonra dilsiz qalar”

 

“Prezident İlham Əliyev Cəbrayıla dünənki səfəri zamanı Ermənistan dövlətinin keçmiş rəhbəri Serjik Sarkisyanın absurd fikirlərinə tutarlı cavab verdi, onu yerində oturtdu. Prezidentin dünya siyasi arenasında möhkəmlənən siyasi mövqeyi onu daha da qorxmaz edib”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

 

Deputat deyib ki, cənab Ali Baş Komandan artıq Azərbaycana dil uzadan hər kəsə meydan oxuyur:

 

“Bu isə ölkəmizin gücündən, qüdrətindən xəbər verir. Kişilik nədir bilməyən Serjikin əli qana batıb, Xocalı soyqırımında qətlə yetirilən həmvətənlərimizin qanına... Ona görə də hesab edirəm ki, bu məsələni beynəlxalq tribunalda başa çatdırmaq, Sarkisyan və Koçaryanla bağlı məsələləri dərinləşdirmək lazımdır. Onlar Azərbaycana verilməli və bizim qanunlarımızla mühakimə olunmalıdırlar. Bu çox ciddi məsələdir. Əgər Serjik bu gün ağzına gələni danışır, Azərbaycan rəhbərinə qarşı gic hərəkətlər edirsə, biz onun ağıldankəmliyini sübut etməliyik. Sübut etməliyik ki, onun başında nə isə çatışmır”.

 


Deputat ölkəmizin gücünün işğaldan azad edilmiş ərazilərimizin bərpası  işlərində də göründüyünü vurğulayıb:

 

“Cəbrayılda, Tərtərdə, Araz boyunca ciddi işlər görülür, sənaye parkları yaradılır, yaşayış evləri, məktəblər, tibb mərkəzləri tikilir. Bir il ərzində Azərbaycanın gördüyü işləri başqa dövlətlər  heç 3 ilə də görə bilməzdilər. Bu, inkişaf edən ölkəmizin qüdrətindən xəbər verir. Ona görə də hansısa erməni çaşıb bizə dil uzatmasın, sonra dilsiz qalar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir