Modern.az

Elmar Qasımov şirkət prezidenti ilə görüşüb

Elmar Qasımov şirkət prezidenti ilə görüşüb

16 Noyabr 2012, 11:01

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov  “Statoil- Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorenseni və şirkətin  sağlamlıq, təhlükəsizlik, ətraf mühit və korporativ sosial məsuliyyət sektorunun rəhbəri Şahpur  Sotudehmaneşi qəbul edib.

Ali məktəbdən Modern.az-a verilən məlumata görə, qonaqlara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışan E. Qasımov Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-nin layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd edib. Bakı Ali Neft Məktəbi haqqında qonaqlara məlumat verən E. Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

“Statoil- Azərbaycan” şirkətinin prezidenti Lars Troen Sorensen bildirib ki, Azərbaycanda dünya standartlarına  cavab verən belə bir ali təhsil müəssəsinin  yaradılması və qısa vaxt ərzində yüksək  nailiyyətlər əldə etməsi təqdirə layiq haldır.O, gələcəkdəAzərbaycanda  böyük layihələr həyata keçirməyi planlaşdıran “Statoil- Azərbaycan” şirkəti ilə  Bakı Ali Neft  Məktəbi  arasında müxtəlif sahələrdə əməkdaşlığın önəmli olduğunu qeyd edib.

Görüş çərçivəsində “Statoil- Azərbaycan” şirkəti və Bakı  Ali Neft Məktəbi  arasında Norveçin məşhur Stavanger və NTNU(Norwegian University of Science and Technology) universitetləri ilə  Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində,Statoil Şirkətinin  Azərbaycanda  fəaliyyət göstərən  və xaricdən gələn müxtəlif  mütəxəssislərinin  BANM tələbələri qarşısında  məruzələrlə çıxış etmələri və bir sıra digər məsələlər haqqında razılıq əldə olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır