Modern.az

Ocaqnejadın Bakıdakı ofisi BAĞLANDI

Ocaqnejadın Bakıdakı ofisi BAĞLANDI

5 Oktyabr 2021, 15:10

İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın Bakıdakı ofisi bağlanıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

 

“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir