Modern.az

DİN gənclərə sərt xəbərdarlıq etdi

DİN gənclərə sərt xəbərdarlıq etdi

16 Noyabr 2012, 12:20

Daxili İşlər Nazirliyi müxalifyönlü gənclərə sabahki aksiya ilə bağlı sərt xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerlərdə keçirilən istənilən aksiya və digər bu kimi tədbirlərin qarşısını alacaq və hər hansı tədbir keçirilməsinə imkan verilməyəcək. Bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısını almaq üçün polis əməkdaşları lazımı tədbirlər həyata keçirəcək.

Xatırladaq ki, müxalifyönlü gənclərin 17 noyabr aksiyası ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rədd cavabı verilsə də, aksiyanın təşkilatçıları 300 nəfərdən çox gəncin “Parlament buraxılsın!” tələbi ilə sabah saat 15:00-da paytaxtın “Fəvvarələr Meydanı”nda toplaşacaqlarını bildiriblər.

Anar RÜSTƏMOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?