Modern.az

Kəmaləddin Heydərov: “Belə yerdə yaşamaq mümkün deyil”

Kəmaləddin Heydərov: “Belə yerdə yaşamaq mümkün deyil”

16 Noyabr 2012, 12:59

“Tikinti şirkətləri tərəfindən bu gün bizə təqdim olunan cədvələ əsasən deyə bilərik ki, bundan sonra hər həftə tikintisi aparılan evlərin 10-12 faizi təhvil veriləcəkdir. Şirkət rəhbərlərinin, iş icraçılarının bildirdiklərinə görə, tikintisinə əvvəllər başlanmış evlərin hamısı dekabrın sonunadək istifadəyə veriləcəkdir”.

Modern.az AzərTA-ca istinadən xəbər verir ki, bu barədə zəlzələ bölgəsinə səfər edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonununda dövlət qurumları və tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında bildirib. Zəlzələdən sonra 9 məktəb binasının istifadəyə verildiyini bildirən nazirin sözlərinə görə, ilin sonunadək bir institut filialı və 3 böyük məktəb binası istisna olmaqla, bütün məktəblər təhvil veriləcək.

“Biz oktyabrın 13-14-də baş vermiş zəlzələ zamanı zərər çəkmiş əhali ilə görüşümüzdə izah etdik ki, onlara paylanan çadırlar ev əşyalarının saxlanılması üçündür. Çünki qış aylarında belə çadırlarda yaşamaq mümkün deyildir. Onlar üçün tikiləcək yeni evlərin layihələri artıq hazırdır, yəni bu evlərin tikintisi gecikdirilməyəcəkdir. Komissiyaların işi başa çatan kimi həmin evlərin tikintisinə başlanacaqdır. İş icraçılarının bildirdiklərinə görə, tikintisinə yeni başlanacaq evlər gələn ilin mart-aprel aylarında təhvil veriləcəkdir.
Hələlik qış gəlməsə də, gecələr havalar soyuq keçir. Ona görə də biz əvvəlcədən tədbir görmüş, 10 mənzilli müvəqqəti evlər gətirmişik. Həmin evlər o yerlərdə quraşdırılır ki, orada fərdi evlərin tikintisi dekabrda başa çatacaq. Bu evlərdə yaxınlıqda qohumu, qonşusu olmayan ailələr müvəqqəti olaraq, yəni bir neçə günlüyə yerləşdiriləcəklər. Bir daha təkrar edirəm, həmin evlər müvəqqətidir. Fərdi evlərin tikintisi başa çatdıqdan sonra həmin evlər söküləcək və Fövqəladə Hallar Nazirliyinin sərəncamında olacaqdır”, - deyə nazir çıxışında bildirib.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir