Modern.az

Polis qadınları Dubayda "satan" şəxsi ifşa etdi

Polis qadınları Dubayda "satan" şəxsi ifşa etdi

16 Noyabr 2012, 13:10

Qazax rayon sakini Gözəl Əhmədovanın qadınları cinsi istismara məruz qoyması faktı aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Goranboy RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Gözəl Əhmədova gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?