Modern.az

İranın Azərbaycana qarşı aqressivləşməsinin səbəbləri - Rusiyadan AÇIQLAMA

İranın Azərbaycana qarşı aqressivləşməsinin səbəbləri - Rusiyadan AÇIQLAMA

6 Oktyabr 2021, 09:00

“İranla Azərbaycan arasında vəziyyətin belə gərginləşməsi çətin ki, müharibəyə səbəb olsun, amma İran Azərbaycandan yük daşımalarında güzəşt gözləyir, Ankaranın bölgədə artan təsirindən də ciddi narahatdır”.


Modern.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov Tehran və Bakı arasında münasibətlərin gərginləşməsini şərh edərkən bildirib. O deyib ki, İran özünün bölgəyə yük daşımalarının təhlükəsizliyini təmin etmək və Türkiyənin Azərbaycana təsirini azaltmaq istəyir.

Rusiyalı ekspertin sözlərinə görə, iki ölkə arasındakı gərginliyin hərbi əməliyyata gətirəcəyi ehtimalı azdır.

“İndi daha çox əsəb savaşı gedir. Çünki İran II Qarabağ müharibəsindən sonra özünü kənarda hiss edir”.

Aleksandr Skakov bildirib ki, İran II Qarabağ müharibəsi nəticəsində heç bir şey qazana bilmədi.

“Amma gözlədiyindən də az itirdi, çünki Tehrana görə xoşbəxtlikdən Qarabağda heç bir Amerika və ya NATO sülhməramlıları görünmədi. Buna baxmayaraq, Türkiyə və İsrailin Azərbaycandakı mövqelərinin möhkəmlənməsi İranda həyəcan yaratmaya bilməz", - Skakov deyib.


Onun sözlərinə görə, İranın narazılığına yüklərin Ermənistana daşınması zamanı Gorus-Qafan yolunda Azərbaycan tərəfindən yaradılan maneələr də səbəb olub.

“Hazırkı mərhələdə nəqliyyat kommunikasiyalarının işləməsi İran üçün çox vacibdir”.


Aleksandr Skakov bildirib ki, İran Azərbaycanla sərhədə qoşun yığmaqla yanaşı, talış problemindən də rəsmi Bakıya qarşı istifadə edə bilər.

"Ümumiyyətlə, daha qlobal miqyasda danışsaq, Tehranda görürlər ki, Azərbaycan bölgədə həddindən artıq irəliləyib. Və rəsmi Tehranda bunu dayandırmaq istəyi var", - Skakov bildirib.


Ekspertin fikrincə, İran Azərbaycandan güzəştlər gözləyir.

“Bu da istisna deyil, çünki Tehranla münasibətlərin kəskin şəkildə pisləşməsi indi Bakının da maraqlarına cavab vermir.

İran tərəfi Türkiyənin Azərbaycanda artan təsirindən də narahatdır. Ankaranın rolunu mümkün qədər məhdudlaşdırmaq İranın xeyrinədir. İranın Türkiyəyə Suriyada da "cavab verə biləcəyi” istisna deyil".


Azərbaycan, Türkiyə və Gürcüstanın birgə təlimlərinə gəlincə, Aleksandr Skakov bildirib ki, rəsmi Tbilisi mümkün olan yerdə olmağa çalışır.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi