Modern.az

“Mahir Xəttab dövlətin ədalətinə güvənir” - Jurnalistin yeni vəkili

“Mahir Xəttab dövlətin ədalətinə güvənir” - Jurnalistin yeni vəkili

6 Oktyabr 2021, 10:54

 

Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.

 

Bu barədə Modern.az-a jurnalistin hüquqlarını müdafiə edən vəkili Araz Nurməmmədov deyib.

 

Vəkil bildirib ki, jurnalistin saxlanma şəraitindən narazılığı yoxdur:

 

“Səhhətində hansısa narahatlıq hiss etmir. Saxlanma şəraiti də normaldır. Görüş zamanı Mahir Ələkbərov bildirdi ki, dövlətin ədalətinə güvənir və tezliklə həqiqətin öz yerini tapacağına ümid edir, verilən qərardan asılı olmayaraq, dövlətinə və dövlət başçısına daim sadiq olacaq. Müvəkkilim1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanlara rəftardan çox razı olunduğunu bildirib”.

 

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir