Modern.az

18 Oktyabr Müstəqillik Gününün adı dəyişdirilir

18 Oktyabr Müstəqillik Gününün adı dəyişdirilir

6 Oktyabr 2021, 11:14

Azərbaycanda 28 May tarixi Müstəqillik Günü kimi qeyd olunacaq. 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü olaraq hər il bayram kimi qeyd ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Müstəqillik Günü haqqında” qanun layihəsində qeyd edilib.

 

Qanun layihəsində qeyd olunur ki, "2021-ci il oktyabnn 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azarbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir".


Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.


Qeyd edək ki, hazırda 28 May - Respublika Günü kimi qeyd olunur və qeyri iş günüdür. 18 Oktyabr isə Müstəqillik Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. 

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyulub.

Qeyd edək ki, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir