Modern.az

28 May tarixi Müstəqillik Günü kimi QEYD OLUNACAQ

28 May tarixi Müstəqillik Günü kimi QEYD OLUNACAQ

Parlament

6 Oktyabr 2021, 11:23

Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

 

Modern.az xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

 

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilir və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

 

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir