Modern.az

Virtual Qlobal Parlamentlərarası Forum keçiriləcək

Virtual Qlobal Parlamentlərarası Forum keçiriləcək

Aktual

6 Oktyabr 2021, 15:38

Oktyabrın 6-da Virtual Qlobal Parlamentlərarası Forum öz işinə başlayır.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Forumda ölkəmizi Millli Məclisin depuatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev təmsil edəcəkdir. Forumun ikinci günündə iqlim dəyişikliyinə həsr olunacaq sessiyada Məzahir Əfəndiyevin çıxışı nəzərdə tutulur.

 

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsinin Dünya Bankı Qrupu və BVF ilə birgə təşkil etdiyi Forum COVİD-19 ilə mübarizə və pandemiyanın yaratdığı mənfi təsirlərlə yanaşı, dünyada artmaqda olan bərabərsizlik və milyonlarla insanı yoxsulluğa sürükləyən təbii fəlakətlərlə bağlı müzakirələrə həsr olunacaq. 4 gün davam edəcək tədbir dünyanın müxtəlif ölkələrindən olan deputatların Dünya Bankı və BVF rəhbərliyi ilə inkişaf və qlobal iqtisadi mövzularda birbaşa dialoq aparması üçün mühüm bir platformadır.

 

Bu platformada parlament üzvləri postpandemiya dövründə dayanıqlı və inklüziv strategiyaların təbliğ olunması üçün öz təcrübələrini bölüşəcək, eyni zamanda dörd gün ərzində davam edən virtual sessiyalarda, qlobal sağlamlıq prioritetlərinə, ətraf mühitə, özəl sektorun daha yaxşı və daha əhatəli cəmiyyətin qurulmasında roluna xüsusi diqqət yetirərək ictimai siyasəti müzakirə etmək imkanı əldə etmiş olacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?