Modern.az

Rusiya separatçı respublikada hərbi baza yaradır

Rusiya separatçı respublikada hərbi baza yaradır

Təhsil

17 Fevral 2010, 11:21

Rusiya qondarma Abxaziya respublikasında hərbi baza yaradır. Modern.az xəbər verir ki, bu gün Moskva və Suxumi arasında qondarma respublika ərazisində Rusiya quru qoşunlarının yerləşdirilməsinə dair razılaşma imzalanacaq. Abxaziyanın müdafiə nazirinin müavini Qarri Kupalbanın sözlərinə görə, hərbi bazada  ən azı 3 min rus hərbi qulluqçusu xidmət edəcək.  Danışıqlar bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedev və qondarma respublikanın başçısı Sergey Baqapş arasında aparılacaq. Tərəflər görüş gedişində Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə dair Cenevrə diskussiyalarının gedişini müzakirə edəcəklər.

Qeyd olunur ki, ötən ilin aprelində Moskva və Suxumi qondarma qurumun sərhədlərinin birgə qorunması barədə müqavilə imzalayıblar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir