Modern.az

"Bir kış günü vahşeti: Hocalı"...

"Bir kış günü vahşeti: Hocalı"...

16 Noyabr 2012, 17:25
Kitab Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Ankarada ("EkoAVRASYA") nəşr olunub. Kitabın müəllifləri "Tərəqqi" medallı hərbi jurnalist Şamil Sabiroğlu və gənc yazar, "Poliqon" elektron dərgisinin redaktoru Əfsanə Bayramqızıdır.
Kitabın layihə rəhbəri yazıçı-publisist Əkbər Qoşalı, redaktorları dr. Şəmsəddin Kuzəçi və Oktay Hacımusalı, Türkiyə türkcəsinə uyğunlaşdıranlar isə Azər Həsrət və İbrahim Eroldu. Kitabın məsləhətçiləri millət vəkili prof.dr. Nizami Cəfərov, millət vəkili prof.dr Necdət Ünüvar (Türkiyə), Hikmət Ərən (Türkiyə), Azərbaycan Vətən Müharibəsi veteranları Birliyinin başqan müavini Mübariz H.Quliyev, ATXƏM başqanı İlham S.İsmayılov və "Azərbaycan Bayrağı" Ordenli əfsanəvi kəşfiyyatçı İbad Hüseynovdur. "O Günlər Unutulmaz", "Kadim Azərbaycan-Türk Toprağı Hocalı", "Tekrarlanan Katliam Senaryoları", "Karabağda Yaşadığım Acı-Tatlı Günler", "Bir Kış Günü Faciası ve ya Hocalıda Evim Kaldı", "Dış Basında Hocalı Soykırımının Yankısı", "Hocalı Katliamı İnsanlığa Karşı İşlenmiş Cinayettir", "İlaveler", "Fotoğraflarla Hocalı"  bölümlerinden oluşur.  "BİR KIŞ GÜNÜ VAHŞETİ: HOCALI" gələn ay Ankarada geniş təqdimat mərasimi ilə ictimaiyyətə tanıdılacaq. 

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir