Modern.az

Misir Mərdanov tələbələrə təqaüdlərin verilməməsindən danışdı

Misir Mərdanov tələbələrə təqaüdlərin verilməməsindən danışdı

Aktual

17 Noyabr 2012, 12:10

Dərs ilinin başlanmasından 2 ay ötməsinə baxmayaraq, Azərbaycanda ali məktəblərin I kursunda oxuyan tələbələr təqaüdlərini ala bilmirlər.
Modern.az xəbər verir ki, təhsil naziri Misir Mərdanov məsələyə münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, təqaüdlər üçün büdcədən lazımi maliyyə vəsaiti ayrılıb və bununla bağlı heç bir problem yoxdur. O, ali məktəblərin tələbələrinə, eləcə də peşə məktəblərinin şagirdlərinin təqaüdlərinin veriləcəyini qeyd edib.
"Görünür ki, idarəetmədə müəyyən problemlər var. Təqaüdlər bütün səviyyələr üzrə təhsil alan tələbələrə çatmalıdır" deyə Misir Mərdanov vurğulayıb.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir