Modern.az

Təhsil müəssisələrində Xocalı soyqrımı qeyd olunur

Təhsil müəssisələrində Xocalı soyqrımı qeyd olunur

17 Fevral 2010, 11:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyevanın imzaladığı əmrə müvafiq olaraq Xocalı soyqırımının 18-ci ildönümünün qeyd edilməsi məqsədilə xüsusi tədbirlər planı təsdiq olunub. Modern.az bu barədə BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.
Tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verilib ki, Xocalı soyqırımının 18-ci  ildönümünün qeyd olunması məqsədilə ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində toplantılar, ədəbi - bədii gecələr keçirilsin, sənədli və bədii filmlər nümayiş etdirilsin, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlər təşkil edilsin, “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilsin, soyqırıma həsr olunan foto - stendlər, guşələr hazırlansın, divar qəzeti buraxılsın, rəsm sərgiləri təşkil olunsun.
Tədbirlər planında o da qeyd olunub ki,  18 – 26 fevral tarixlərində təhsil müəssisələrinin əməkdaşlarının və şagirdlərin Xocalı soyqırımı abidəsinə ziyarəti təşkil edilsin.
Fevralın 26-da isə ümumtəhsil məktəblərində, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələrində ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr olunacaq.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır