Modern.az

Ərinin əmisi arvadını öldürən qadın TUTULDU

Ərinin əmisi arvadını öldürən qadın TUTULDU

Aktual

8 Oktyabr 2021, 14:28

Oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Astara rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Məlumata görə, qadınlar qohumdurlar, qətlə yetirilən Mehparə Ağayeva Gülsevər Ağayevanın ərinin əmisi arvadıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!