Modern.az

Polis Fəvvarələr meydanını nəzarətə alıb - aksiya olacaq

Polis Fəvvarələr meydanını nəzarətə alıb - aksiya olacaq

17 Noyabr 2012, 14:53

Müxalifyönlü gənclər bu gün oyabr aksiyası ilə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rədd cavabı verilsə də, aksiyanın təşkilatçıları 300 nəfərdən çox gəncin “Parlament buraxılsın!” tələbi ilə sabah saat 15:00-da paytaxtın “Fəvvarələr Meydanı”nda toplaşacaqlarını bildiriblər.

Noyabrın 17-də bir qrup müxalifyönümlü gənc fəal və ictimaiyyət təmsilçiləri yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə Bakının mərkəzində - Fəvvarələr meydanında icazəsiz aksiya keçirəcəklərini bəyan ediblər. Aksiyanın saat 15.00-da başlanacağı elan edilib.

Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanları icazəsiz aksiyanın qarşısının alanıcağı barədə xəbərdarlıq edib. Bu səbəbdən də Fəvvarələr meydanı polis tərəfindən nəzarətə alınıb.

Aksiya ilə əlaqədar AXCP və ADP gənclər təşkilatlarının rəhbərləri bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət ediblər. Amma İcra Hakimiyyəti müraciətə müsbət cavab verməyib. Təşkilatçılar isə bütün hallarda aksiyanı keçirəcəklərini deyirlər.

Bakı şəhər Baş Polis İdarəsi təşkilatçılara xəbərdarlıq edib.

Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı