Modern.az

Girov götürülən jurnalist sərbəst buraxıldı

Girov götürülən jurnalist sərbəst buraxıldı

17 Noyabr 2012, 16:59

Suriyada 3 aydır ki,  girov götürülmüş türkiyəli jurnalist Cüneyt Unal sərbəst buraxılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının  (CHP ) Hataydan olan millət vəkili Refik Eryılmaz, Mevlüt Dudu, Hasan Akgöl, Levent Gökün də daxil olmaqla, 9 nəfərlik heyət Suriyada jurnalist kimi fəaliyyət göstərərkən qaçırılan Cüneyt Unalı təhvil alıblar. Azadlığa çıxan   jurnalist bunları deyib:
“Özümü yaxşı və xoşbəxt hiss edirəm. Çox təşəkkür edirəm CHP millət vəkillərinin yanındayam. Ailəm üçün çox darıxmışam. 3 gün bundan əvvəl Şama gətirildim. 87 gün Hələbdə təkbaşına hücrədə qaldım. Atışma gedirdi. Atışma zamanı fələstinli  jurnalist Başar Kadumi vuruldu. Ona ilk yardım göstərdim. Hələb xalqı əlimdəki kameranı aldı, çünki Suriya əsgərlərinin kameramla çəkdiklərimi görmələrini istəmirdilər. Sonra oradakı  camaat  mənə hücum edərək,  Suriyanın səlahiyyətli şəxslərinə təslim etdilər”.
Girov qaldığı  müddətdə şiddət görmədiyini deyən Unal millət vəkillərini görənə qədər təhvil haqqında xəbəri  olmadığını və deputatları görəndə ağladığını deyib.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır