Modern.az

Qardaşı Elçibəy haqqında kitab yazdı - FOTO

Qardaşı Elçibəy haqqında kitab yazdı - FOTO

17 Noyabr 2012, 17:06

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin böyük qardaşı, bir neçə öncə dünyasını dəyişmiş Murad Əliyevin – Murad Bəyin zamanında qələmə aldığı xatirələr kitabı çapdan çıxıb. Kitab “Qardaşım Elçibəy haqqında xatirələrim” adlanır. Bu barədə Modern.az saytına Elçibəyin yaxınlarından məlumat verilib.
Kitab Türk dünyasının böyük oğlu, Müstəqil Azərbaycan Respublikasının demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 62 illik mənalı həyatına, onun anadan olmağından son mənzilə yola salınana qədərki dövrü əhatə edən xatirələrə həsr olunub. Dəqiq faktlara əsaslanan kitab gələcəkdə Elçibəysevərlərin və tarixçilərin yazacaqları  əsərlər üçün ciddi mənbə sayıla bilər.
Kitabın redaktoru filologiya elmləri namizədi, dosent Aydın Mədətoğlu, texniki redaktoru Yaxər bəy, çapa hazırlayanı və naşiri Səadət Muradqızıdır.

 
Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir