Modern.az

Aksiya başa çatdı, tutulanlar oldu, jurnalistlər döyüldü

Aksiya başa çatdı, tutulanlar oldu, jurnalistlər döyüldü

17 Noyabr 2012, 17:12

Modern.az xəbər verir ki, Bakıda “Parlament buraxılsın!” tələbilə keçirilən aksiya başa çatıb. “Azadlıq”ın məlumatına görə, AXCP-nin 43, Müsavat-ın 17 üzvünün saxlandığını bildirir. Demokrat Partiyasından da 2 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən nə qədər aksiya iştirakçısının saxlanması haqda hələlik məlumat almaq mümkün olmayıb.
Aksiya zamanı zorakılığa məruz qalanlar da olub. Onların arasında jurnalistlər də var. Əyinlərinə “Press” nişanlı xüsusi gödəkcə geyinmələrinə baxmayaraq, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov polis zorakılığına məruz qalıblar.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır