Modern.az

Qarabağı necə azad edə bilərik?

Qarabağı necə azad edə bilərik?

9 Noyabr 2012, 11:32

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

“Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqlarımızın işğaldan azad olunmasına necə təsir edə bilər?”

Yazıma dəyişikliyin qatı əleyhdarı olan və “doktor  Yox” ləqəbi almış siyasətçilərdən birinin 2007-ci ilin mart ayında söylədiyi fikirlərlə başlamaq istəyirəm. “Keçmişin dəhşətləri və faciələrinə qarşı haqlı ikrahımız daha gözəl və sabit gələcəyin qurulması işində bizə əngəl olmamalıdır. Bu gələcəyə baxarkən biz heç vaxt zülmətli dövrdə iztirab çəkənləri unutmamalıyıq. Tanrımızın köməyi ilə biz bu zülmətdən yaxa qurtarmaq üzrəyik. Ən gözəl gələcəyin işlənib qurulmasında biz onlara borcluyuq və əziyyətləri hələ də bitməyənlərdən öz səmimi köməyimizi əsirgəməyəcəyik”. 

            Bu tarixi sözlər şimali İrlandiya protestantlarının lideri İran Peysliyə məxsusdur. 40 il müxalifətdə olduqdan sonra o, nəhayət qatı düşməni olan katoliklərlə əməkdaşlıq etməyə və Şimali İrlandiya hökumətində əvvəllər “terrorçu” adlandırdığı insanla birgə işləməyə razılaşdı. Beləcə, hətta keçmiş qırğınların miras qoyduğu mürəkkəb irsə sahib çıxan cəmiyyətlərdə də münasibətləri dəyişmək mümkündür. Biz keçmişin əsarətindən qurtulmalıyıq.

            Atəşkəs xəttinin və uzun minalanmış zolaqların ayırdığı tərəflər paralel dünyada yaşayırlar, xəritədə qonşu olsalar da, on ildən çoxdur ki, qarşılıqlı rəsmi təbliğat və şikayətlərdən savayı bir-biri ilə heç bir əlaqələri yoxdur. Azərbaycanın mövqeyi, yəni, azərbaycanlıların bu münaqişənin qurbanı olduqları, ermənilərin isə Azərbaycanın böyük hissəsini işğal etdikləri hamıya məlumdur. Irəvan, Naxçıvan və Qarabağ xalqlarının ərazilərində məskunlaşdırılan ermənilər öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olmaqla kifayətlənməyərək, “Böyük Ermənistan” dövləti yaratmaq məqsədi güdən mənfur və çirkin planlar həyata keçirməyə başlamışlar. 1905-1907, 1907-1920-ci və s. illərdə azərbaycanlılara qarşı açıq şəkildə xüsusi qəddarlıqla genişmiqyaslı qanlı aksiyalar həyata keçirərək, insanları diri-diri yandırmaqdan belə çəkinmişlər. Bütün bunlar XIX əsrin əvvələrindən davam etmiş, ən nəhayət 1988-ci ildən qondarma Dağlıq Qarabağ probleminin ortaya atılmasıyla nəticələnmişdir.

            Qarabağ məsələsi hər iki ölkənin ən yeni tarixinin təməlində durur və hər iki millət gələcəyə irəlilədikcə onların boyunlarından asılmış daşa bənzəyir. Müharibə olmasa, sülh olmalıdır. 2001-ci ildə sülhün nəhayət bərqərar olacağı bir anlıq əvvəlkindən daha real göründü. Lakin ilin sonunda Ki-uest təşəbbüsünə bəslənən ümidlər boşa çıxdı. Erməni Azərbaycan sülh prosesinin  paradoksu ondadır ki, hər iki ölkə başçısı təkbətək görüşlərdə kompromisə çox yaxın gəlirlər, lakin ictimaiyyət qarşısında öz çıxışlarında həmişə aqressiv ifadələrdən istifadə edirlər.

            Dağlıq Qarabağın tarixinə aid olan bütün yaxşı və pis məqamlar Şuşanın tarixində özünü  açıq biruzə verir. Bu, birgə çiçəklənmə və tərəqqi tarixidir. Şuşanı “Qarabağın Qüdsü” adlandırırdılar.  Şəhərin əhəmiyyəti təkcə anklavın düz ortasında yerləşən strateji mövqeli istehkamla deyil, həmçinin qədim tarixindədir. 1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatı üçün sarsıdıcı zərbə oldu. Dünyada ən böyük erməni kilsələrindən biri olan Kazançetsots kilsəsinin xarabalıqlar üzərində ucalan zəng qülləsinə baxanda anlayırsan ki, Şuşa insanların bura köçməyə hazır olduqları canlı şəhərdən daha çox rəmzi şəhərdir. Şuşada erməni azlığının nümayəndəsi olan Mher belə demişdir: “Bilirəm ki, bu onlar üçün böyük dərddir, bizim üçün də bu belədir. Şəxsən mən özümü bu şəhərdə qalib hesab etmirəm. Ona görə ki, şəhər indi ölüdür”

“Ermənistan-Azərbaycan” münaqişəsinin gələcəyi həm də ona görə faciəlidir ki, əgər hətta bütün mübahisələr sabah həll edilsə belə regiounun  yaxın gələcəyi haqqında bir söz demək çətindir. Ermənistan üçün hər hansı Xəzər boru kəmərinin öz ərazisindən keçirilməsinə ümid bəsləmək çox gecdir. Əgər sülh sazişi imzalanarsa, Ermənistanın gələcəyinə dair ən zəif proqramlar belədir. Əks təqdirdə respublikanın aqibəti sevindirici olmayacaq. Amma çətin ki, Ermənistan parçalansın, çünki onun ABŞ və Rusiyada yaşayan qüdrətli “dostları” buna imkan verməzlər. Lakin Ermənistan özünə qapanıb bir qərb diplomatının işlədiyi acı ifadə ilə desək, tədricən “erməni diasporu üçün qoruğa” çevrilə bilər.

            Buna şübhə yoxdur ki, Azərbaycan iqtisadiyyatının inkişaf prespektivləri daha nikbindir. Lakin hələ də aydın deyil ki, iqtisadi çiçəklənmə Qarabağ düyününün açılmasında Azərbaycana necə yardımçı ola bilər. Öklədə yüz minlərlə qaçqın var, hətta sülh sazişi imzalansa belə, onların problemi bir gecə içində həll edilməyəcək ! ! !

            Müharibə fəlakətə bərabər olacaq. Heç bir müharibə onu başlayan insanların güman etdiyi kimi bitməyib. Əgər hərbi əməliyyatlar əsaslı şəkildə başlayarsa, indidən onların nəticələrini dəqiq demək olar. Yeni savaşda 1991-1994-cü illərdən daha çox tələfat olacaq, çünki hər iki tərəf rəqibin yaxşı müdafiə edilən mövqelərinə həmlə üçün böyük dağıdıcı qüvvəyə malik silahlardan istifadə edəcək. Müharibə həmçinin iqtisadiyyatın zəifləməsinə səbəb olacaq. Daha dəhşətli hal isə odur ki, Ermənistanda yerləşdirilmiş Rusiya qoşunları ermənilərin tərəfindən, NATO-nun üzvü olan Türkiyə isə Azərbaycana yardım etmək üçün münaqişəyə qarışa bilər. Qafqazda üçüncü dünya müharibəsinin başlamasına imkan vermək olmaz! ! !

Ağrılı güzəştlərə söykənən sülh razılaşması bu çətin vəziyyətdən yeganə ədalətli və mümkün çıxış yoludur. Qəbul etsələr də, etməsələr də bu iki xalq bir-biri ilə dostluq, qohumluq və uzunmüddətli  birgə yaşam tarixinə  malikdir. Mən belə düşünürəm ki, “Xocalıda kütləvi qırğın olmayıb!”  yaxud “bizim bundan xəbərimiz yoxdur, qırğını azərbaycanlılar törədib!” – deyə haray-həşir salan ermənilər də, əslində yanlış yoldadırlar. Bəs onda əsirlikdən azad olunan yüzlərlə azərbaycanlı necə, özləri könüllü əsir getmişdilər? əsirlikdə onların başına açılan min bir müsibət, min bir oyun necə?

Məruz qaldıqları əzablar, işgəncələr... Beləcə  bu işgəncələri də onlar özləri özlərinə verirdilər?! 

Bunları yazanda öz ürək ağrılarımı boğa bilmirəm. Çünki, bütün bu baş verənlər vəhşiliyə məruz qalmış insan həyatlarıdır. Övlad toyu görmək əvəzinə övlad dağı görmüş ata – analar, ailə və övlad nəvazişi görməyən bacı qardaşlar, arzuları gözündə qalmış qohum əqrəbalar, ən nəhayət – həyatın dadını belə dadmamış körpələrimizdir.

Lakin yenə də belə itkilər yaşamamaq üçün sülh yoluyla münaqişələrin həll edilməsi daha məqsədəuyğundur. Amma Azərbaycan televiziyasına baxmağa davam edən Qarabağ erməniləri görürlər ki, axşam xəbərlərində onları “faşist” və “terrorçu” adlandırırlar. Və yaxud da ermənilərin bayrağımıza, millətimizə söylədiyi nalayiq ifadələlər, etdiyi şüursuz hərəkətlər... bunlar sülh prosesini çətinləşdirir!

Dövlətin ərazi bütövlüyü beynəlxalq münasibətlərdə güclü amil kimi tanınmaqla bərabər regiounun tarixini də danmaq olmaz. Reallıq isə belədir ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb. Lakin silahlı separatçılara işğal etdikləri ərazilər üzərində sahiblik hüququ vermək çox təhlükəli olar. Bu təqdirdə Azərbaycanın Qarabağı zor gücünə almaq hüququ kəskinləşər. Hər halda  sülh sazişi separatçılığa səbəb olan silahın gücünə yox, iradəyə əsaslanmalıdır. Əfsuslar ki, məsələlərdə qarşılıqlı anlaşma çox azdır. İnsanlar adətən çox şeyi arzulasalar da heç də həmişə bütün arzularını həyata keçirə bilmirlər. Mənim də ictimayətçi bir gənc kimi arzum Vətəni bütöv görməkdir, lakin bu mənim və mənim kimilərin işi deyil. Bu işi görəcək, görməli olan orqanlar, beynəlxalq və yerli təşkilatlar var. Mən bunları yazmaqla öz fikrimi, mövqeyimi bildirdim. Inandığım yeganə bir şey var o da ki, istər sülh, istər müharibə olsun bu vətənin torpağın hər bir qarışı üçün ölməyə hazır olan Mübarizləri, Fəridləri, Çingizləri var!!!

Qələbə günü uzaqda deyil. Hər gün bu ümidlə yaşayan:

 

Günay İmanova

Odlar Yurdu Universiteti

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır